Şənbə, 17 Yanvar, 2026
Tarix: 19 Jul 2024 13:47
Böyük Britaniyanın ən böyük dəmir yolu şirkəti olan “Govia Thameslink Railway” (GTR) sərnişinlərə genişmiqyaslı İT problemləri səbəbiylə nasazlıqların gözlənilməsi barədə xəbərdarlıq edib.
“APA-Economics” xəbər verir ki, bu barədə “Govia Thameslink Railway” (GTR) – “Southern”, “Thameslink”, “Gatwick Express” və “Great Northern”-in ana şirkəti - brendlərin sosial media hesablarında xəbərdarlıq edib.
“Hazırda bütün şəbəkəmizdə genişmiqyaslı İT problemləri ilə qarşılaşırıq. İT komandalarımız problemin kökünü müəyyən etmək üçün fəal şəkildə araşdırma aparır”, - paylaşımda qeyd olunub.