Emin Əmrullayev Xaçmazda vətəndaşları qəbul edib

Tarix: 19.07.2024 15:57

İyulun 19-da elm və təhsil naziri Emin Əmrullayev Xaçmaz şəhərində vətəndaş qəbulu keçirib.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon sakinləri iştirak ediblər:

"Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Qəbul zamanı vətəndaşlar müəllimlərin yerdəyişməsi, məktəb tikintisi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər".

Qeyd edilib ki, elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Xəbər Lenti