Şənbə, 17 Yanvar, 2026
Tarix: 19 Jul 2024 19:04
Kəlbəcərdə 55 yaşlı kişi minaya düşüb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Ağdaban kəndində qeydə alınıb.
1969-cü il təvəllüdlü Hüseynov Xəlifə Həsən oğlu kənd ərazisində minaya düşüb.
Hadisə yerinə Kəlbəcər RPŞ-nin əməkdaşları cəlb olunub.
Xəlifə Hüseynov xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.