- Cümə axşamı, 26 Dekabr, 2024
Tarix: 19.07.2024 23:25
Şəkidə örüşdə çaqqal 64 yaşlı kişiyə hucum edib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Böyük Dəhnə kəndinin inzibati ərazisində mal-qara üçün ayrılmış örüşdə baş verib.
1960-cı il təvəllüdlü Böyük Dəhnə kənd sakini Nəsir Nurməmməd oğlu İsmayılov ailəsinə məxsus mal-qaranı örüşdən evə aparmaq istəyən zaman ona caqqal hucum edərək sağ ayağın baldır nahoyəsindən xəsarət yetirib.
N. İsmayılov özünü müdafiə etmək üçün caqqalla mübarizə apararaq vəhşi heyvanı öldürüb.
Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət edən N. İsmayılova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.