- Cümə axşamı, 26 Dekabr, 2024
Tarix: 20.07.2024 13:05
Azərbaycan dilinin inkişafına töhfə vermək məqsədilə “Nar”ın dəstəyi ilə “Diksiya Akademiyası”nın növbəti dəfə təşkil etdiyi “Ana dilində hekayəni danış” adlı natiqlik çempionatının yarımfinal mərhələsi uğurla yekunlaşıb.
“APA-Economics” xəbər verir ki, 19 nəfərin iştirak etdiyi “Ana dilində hekayəni danış” adlı natiqlik çempionatının yarımfinal mərhələsi boyunca iştirakçılara məzmun seçiminin önəmi, bədən dili və səs istifadəsi, auditoriya ilə bağ yaratmaq və çıxış zamanı yaddaqalan mesaj ötürmək mövzularında hərtərəfli təlimlər keçirilib. Üstün nitq bilikləri sayəsində final mərhələsinə keçən 10 iştirakçı isə səhnədə peşəkar çıxış etmə bacarıqları üzrə dəyərləndirilərək 1 avqust tarixində keçiriləcək final mərhələsində mükafatlandırılacaq.
“Nar” Azərbaycanın mədəni irsinin qorunması və təbliği üçün ana dilimizin inkişafına yönəlik layihələri fəal şəkildə dəstəkləyir. Bununla yanaşı, gənc nəslə ünsiyyət və özünüifadə bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. Mobil operatorun korporativ sosial məsuliyyət sahəsində gerçəkləşdirdiyi layihələr haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə edə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.