- Cümə axşamı, 26 Dekabr, 2024
Tarix: 21.07.2024 12:34
II Qarabağ müharibəsi dövründə dünyanın bir sıra aparıcı informasiya agentlikləri Azərbaycana qarşı qərəzli yanaşmaya yol verirdi.
APA xəbər verir ki, bunu “TRT World" telekanalının müxbiri Cəfər Hasnain Şuşada II Qlobal Media Forumu çərçivəsində "Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın Əhatə dairəsini müəyyənləşdirmək" mövzusunda paneldə deyib.
Cəfər Hasnain bildirib ki, bu gün xüsusi proqram təminatları var ki, onların vasitəsilə saxta məlumatları gerçək faktlardan fərqləndirmək mümkündür: “Bir müddət əvvəl dünya ölkələrindən birində nüvə zavodunda yanğın baş vermişdi. Bu müəssisə işlək deyildi, amma agentliklər onu elə təqdim edirdi ki, sanki zavod işləyir və təhlükə yaradır. Bu cür nümunələr çoxdur. Hesab edirəm ki, bunların qarşısını almaq üçün informasiya agentlikləri arasında əməkdaşlıq güclənməlidir".
"Most Traveled People" Təşkilatının yaradıcısı Çarlz Veley isə son üç il ərzində 35 dəfə Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər etdiyini bildirib.
O deyib ki, belə səfərlər burada baş verənlərlə bağlı dəqiq informasiyanın dünya ictimaiyyətinə çatdırılması üçün faydalıdır.