- Cümə axşamı, 26 Dekabr, 2024
Tarix: 21.07.2024 12:27
İnformasiya müharibələri silahlı müharibələrdən fərqli olaraq heç vaxt dayanmır və daha geniş yayılır. APA xəbər verir ki, bunu TASS İnformasiya Agentliyinin baş direktoru Mixail Qusman bunu Şuşada II Qlobal Media Forumu çərçivəsində "Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın Əhatə dairəsini müəyyənləşdirmək" mövzusunda paneldə deyib. Mixail Qusman bildirib ki, peşəkar informasiya blogerlərin məlumatlarından fərqlənir: “Biz peşəkar jurnalistlər olaraq dezinformasiyanın anlayışını bilməliyik. Dezinformasiyalar siyasi olmaqla yanaşı, kommersiya məqsədilə də istifadə olunur. Bu üsuldan həm ayrı-ayrı siyasi qüvvələrə, həm də dövlətlərə qarşı istifadə olunur. Bu amilin günümüzdə daha geniş yayılması həmçinin texnologiyanın inkişafı ilə də əlaqədardır. Burada cəmiyyətin bütün bu amillərə hazır olmaması da mühüm rol oynayır. Peşəkar informasiya hər zaman blogerlərin sosial şəbəkələrdə yaydığı məlumatlardan fərqlənir. Mən blogerləri jurnalist saymıram. Çünki istənilən peşə sahibi ilk növbədə təhsil almalı və bu peşənin məsuliyyətini dərk etməlidir. Mənim təmsil etdiyim agentliyin yaranmasının bu yaxınlarda 120 iliyi tamam olacaq. Onu bu müddətdə ayaqda saxlayan məhz peşəkar yanaşmadır. Çünki TASS-da qeyri-dəqiq məlumatın yayılması mümkün deyil".