Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 11 Dec 2023 16:13
Qusar rayonunun Avaran kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosu xəbər verir ki, içərisində 15 sərnişin olan Qusar-Xürel kənd avtobusu yoldan çıxaraq dərəyə aşıb. Nəticədə xəsarət alan 6 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, qəza güclü duman səbəbindən baş verib.
Mənbə: apa.az