- Cümə axşamı, 26 Dekabr, 2024
Tarix: 21.07.2024 18:02
II Qlobal Media Forumunun iştirakçıları Yuxarı Gövhər ağa məscidini ziyarət edib.
APA-nın Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, qonaqlara məscidin tarixi və memarlıq quruluşu barədə ətraflı informasiya verilib.
Bildirilib ki, 1992-ci ildə Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra Yuxarı Gövhər ağa məscidinin interyeri və minarəsi tamamilə dağıdılıb.
Şəhərin işğaldan azad edilməsi ilə bu tarixi memarlıq abidəsində təmir-bərpa işlərinə başlanılıb.
Daha sonra bir sıra qonaqlar məsciddə namaz qılıb, dualar ediblər.