Şənbə, 17 Yanvar, 2026
Tarix: 22 Jul 2024 10:04
Bakıda xuliqanlıq zəminində bıçaqlanma olub. APA xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.
1978-ci il təvəllüdlü Abdullayev Fədail Vaqif oğlu tanışı 1997-ci il təvəllüdlü Hacıyev Cəfər Elman oğlunu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Fədail Abdullayev şübhəli şəxs qismində saxlanılıb.
Fakt araşdırılır.