- Cümə axşamı, 26 Dekabr, 2024
Tarix: 22.07.2024 12:15
2024-cü ilin birinci yarımili ərzində intihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb.
APA xəbər verir ki, bunu Baş Prokurorluqda keçirilən geniş Kollegiya iclasda Baş prokuror Kamran Əliyev bildirib.
Qeyd olunub ki, aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü, o cümlədən maarifləndirici tədbirlər nəticəsində intihar və intihara cəhd hallarının azalmasında müsbət tendensiya müşahidə edilməkdədir: "Belə ki, 2024-cü ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrin sayı 1,9 %, intihara cəhd hadisələrin sayı isə 8,9 % azalmışdır".