Elnur Soltanov: COP29-un gündəliyinə 14 məsələ daxil edilib

Tarix: 22.07.2024 14:08

"COP29 ilə bağlı ya hər kəs birlikdə fəaliyyət göstərməlidir, ya da uğursuzluq qaçılmazdır".

APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov Şuşada keçirilən II Qlobal Media Forumu çərçivəsində “Yaşıl dünya naminə həmrəylik - COP29” mövzusunda təqdimatdakı çıxışında söyləyib.

O vurğulayıb ki, COP29-da gündəmə gətiriləcək əsas məsələlərdən biri məqsədlərimizə nail olmaq yolunda maliyyələşmə məsələsidir:

"Təkliflərdən biri belədir ki, maliyyələşmə məsələsi ilə bağlı yeni model müəyyənləşdirməliyik. Biz COP29-un bu istiqamətdə çox gözəl bir fürsət olacağına inanırıq. Azərbaycan tərəfi şəffaf bir mühit yaratmağı qarşısına məqsəd qoyub ki, müxtəlif tərəflər geniş şəkildə müzakirələr apara bilsinlər. Ümumilikdə, COP29-un gündəliyinə 14 məsələ daxil edilib. Azərbaycan orada yaşıl dəhlizləri və saxlanma anbarlarının yaradılması, su çatışmazlığı məsələlərini gündəmə gətirilməsini önəmli sayır. İqlim dəyişikliyi bütün ölkələrə təsir edir. Biz milli öhdəliklərə sadiq olmalıyıq. Ona görə ki, bu öhdəliklərin hər biri çox önəmlidir”.

Xəbər Lenti