- Cümə axşamı, 26 Dekabr, 2024
Tarix: 22.07.2024 19:02
Oğuzda 11 yaşlı qız yelləncəyin ipinə dolanaraq boğulub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün saat 16 radələrində rayonun Yemişənli kəndində baş verib. Kənd sakini, 2013-cü il təvəllüdlü Füruzə Nəbi qızı Qəribova yaşadığı evin həyətində yelləncəkdə yellənərkən onun ipi boğazına dolanıb. 11 yaşlı F. Qədirova boğularaq ölüb.
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.