Yevlaxda yanğında xəsarət alan azyaşl ölüb - YENİLƏNİB-1

Tarix: 22.07.2024 19:54

Yevlaxda baş verən yanğın hadisəsi ilə əlaqədar 2 nəfər (kişi cinsli) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2000-ci il təvəllüdlü şəxsə bel nahiyəsinin yüngül yanıq xəsarətləri diaqnozu təyin edilib. Zəruri tibbi xidmətlər göstərilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

2022-ci il təvəllüdlü azyaşlıya bədənin bütün hissələrinin II və III dərəcəli diaqnozları təyin edilib. Vəziyyəti ağır olan azyaşlı Bakı şəhərindəki müvafiq tibb müəssisəsinə təxliyə olunarkən xəstəxanayaqədər ölüm qeydə alınıb.

***

15.56

Baş verən yanğın hadisəsi ilə əlaqədar 2 nəfər (kişi cinsli) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 2000-ci il təvəllüdlü şəxsə bel nahiyəsinin yüngül yanıq xəsarətləri diaqnozu təyin edilib:

"Zəruri tibbi xidmətlər göstərilən şəxs ambulator müalicə üçün evə buraxılıb. 2022-ci il təvəllüdlü azyaşlıya bədənin bütün hissələrinin II və III dərəcəli diaqnozları təyin edilib. Vəziyyəti ağır olan azyaşlı Bakı şəhərindəki müvafiq tibb müəssisəsinə təxliyə olunub".

***

12:11

Yevlax şəhərində ümumi sahəsi 63 m² olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xədicə Səxavət

Yetər Kərimli

Xəbər Lenti