Sumqayıtda 15 gün əvvəl küçədə yıxılan 75 yaşlı kişi ölüb

Tarix: 23.07.2024 10:17

Sumqayıtda 15 gün əvvəl küçədə yıxılan kişi bu gün xəstəxanada ölüb.

APA xəbər verir ki, hadisə 10-cu mikrorayon ərazisində qeydə alınıb.

1949-cu il təvəllüdlü Kamal Asta oğlu Həsənov küçədə yıxılaraq müxtəlif dərəcəli xəsarətlər alıb. 15 gün müddətində həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq K.Həsənov bu gün xəstəxanada ölüb.

Fakt araşdırılır.

Xəbər Lenti