Xırdalanda azyaşlının qatar vurması nəticəsində ölməsi ilə bağlı araşdırma aparılır

Tarix: 23.07.2024 11:17

Şəxsin qatar vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 22-də Bakı-Xırdalan-Sumqayıt marşrutunda hərəkətdə olan qatarın Xırdalan şəhəri ərazisindən keçən zaman yetkinlik yaşına çatmayan şəxsi vurması və sonuncunun aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər Lenti