- Çərşənbə, 25 Dekabr, 2024
Tarix: 23.07.2024 14:35
Ailə üzvlərini öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəmə prosesi təxirə salınıb.
APA xəbər verir ki, Əhməd Əhmədov Bakı Ağır Cinayətlər Məhkəməsinə məhkəməyə gətirilmədiyinə görə proses 10 sentyabra qədər təxirə salınıb.
Xatırladaq ki,
Qeyd edək ki, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinə yerləşdirilib.
İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.