- Çərşənbə, 25 Dekabr, 2024
Tarix: 23.07.2024 21:55
İyulun 23-də saat 19 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
APA xəbər verir ki, bu barədə Abşeron rayon prokurorluğu məlumat yayıb.
Araşdırma zamanı 1965-ci il təvəllüdlü Mərdan Bağırovun birgə yaşadıqları mənzildə qardaşı 1962-ci il təvəllüdlü Sərxan Bağırova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsi, daha sonra isə özünü binadan ataraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
*** 21:03 Abşeronda qardaş qardaşı bıçaqlayaraq öldürüb, daha sonra intihar edib.
APA xəbər verir ki, hadisə Saray MTK-da baş verib.
Faktla bağlı araşdırma aparılır.
Əlavə məlumat veriləcək.