- , 22 Dekabr, 2024
Tarix: 24.07.2024 00:55
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ispaniyalı futbolçular Alvaro Morata və Rodriyə qarşı Cəbəllütariq milliliyini mübahisələndirən mahnıya görə intizam işi açıb.
APA xəbər verir ki, bu barəd ə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Hadisə iyulun 15-də Madriddə İspaniya millisinin futbol üzrə Avropa çempionatında qələbəsini qeyd edərkən baş verib. İyulun 16-da Cəbəllütariq Futbol Assosiasiyası UEFA-ya şikayət göndərmək qərarını açıqlayıb.