Şənbə, 17 Yanvar, 2026
Tarix: 24 Jul 2024 21:18
Biləsuvarda yol nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Aranlı kəndində qeydə alınıb.
Hərəkətdə olan "Niva" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı kafeyə çırpılıb.
Hadisə nəticəsində 3 nəfər xəsarət alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.