Qəbələdə güclü yağış bir neçə çayda selə səbəb olub

Tarix: 24.07.2024 23:03

Qəbələdə anidən başlayan güclü yağış bir neçə böyük çayda selin gəlməsinə səbəb olub.

APA-nın Şirvan bürosu xəbər verir ki, güclü yağış rayonun Dəmiraparançay və digər iki böyük çayda selin gəlməsi təhlükə yaradıb.

Rayonun Abrıx və Tikanlı kəndlərinin seldən mühafizəsi üçün əraziyə texnika cəlb olunduğu bildirilir.

Hazırda tələfatla bağlı hər hansı məlumat yoxdur

Xəbər Lenti