Naxçıvanda həmkəndlisi olan qadını öldürməyə cəhd edən şəxsin istintaqı tamamlanıb

Tarix: 25.07.2024 11:17

Naxçıvan Muxtar Respublikasında qəsdən adam öldürməyə cəhd edən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Naxçıvan MR Prokurorluğundan APA-ya verilən məlumata görə, aprelin 8-də Şərur rayonunun Həmzəli kənd sakini 1990-cı il təvəllüdlü Qasımova Sitarə Məmməd qızına xəsarətlər yetirilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla 1983-cü il təvəllüdlü Əliyev Afəddin İsrafil oğlunun qisas niyyəti ilə həmkəndlisi Sitarə Qasımovanın yaşadığı evə gəlib bıçaqla sonuncuya xəsarət yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Afiyəddin Əliyevə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər Lenti