Naxçıvanda avtomobil yolu keçən qadını vurub - FOTO

Tarix: 25.07.2024 23:33

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin Əliabada qəsəbəsində baş verib. Belə ki, 1963-cü il təvəllüdlü Rəhimov Telman Bəhruz oğlunun idarə etdiyi 10-VH-371 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil yolu keçən Şahbuz rayon Keçili kənd sakini, 1984-cü il təvəllüdlü Abdullayeva Əfsanə Qulu qızını vurub.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır. Sürücü T.Rəhimovun isə hadisə zamanı halı pisləşib. Ürək xəstəsi olan sürücü xəstəxananın kardiologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər Lenti