Şənbə, 17 Yanvar, 2026
Tarix: 26 Jul 2024 01:48
Bakının Sabunçu rayonunda dava düşüb, bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib. Belə ki, 1972-ci il təvəllüdlü Namazəliyev Elçin Yavər oğlu tanımadığı şəxslə dava zamanı bıçaqlanıb.
Yaralı təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.