- Çərşənbə, 25 Dekabr, 2024
Tarix: 26.07.2024 11:15
Vətəndaşlara qarşı hədə-qorxu gəlməkdə və soyğunçuluqda təqsirləndirilən Elgün Ocaqverdiyevin cinayət işinin üzrə məhkəmə istintaqı yekunlaşıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror Fuad Musayev ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkil müdafiə çıxışı edib, təqsirləndirilən şəxs son söz deyib.
Müşavirədən sonra hökm elan edib.
Hökmə əsasən, Elgün Ocaqverdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib.