Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təşkil etdiyi növbəti proqram uğurla başa çatıb - FOTO

Tarix: 26.07.2024 22:40

Azərbaycan Müəllim İnkişafı Mərkəzinin (AMİM) təşkil etdiyi növbəti Cambridge CELTA proqramı uğurla başa çatıb.

APA xəbər verir ki, Cambridge Assessment English təşkilatının Azərbaycanda Müəllimlik Kvalifikasiyaları üzrə yeganə Mərkəzi/Tərəfdaşı olan AMİM mütəmadi olaraq ingilis dili mütəxəssisləri üçün ali sertifikasiya proqramlarını davam etdirir. Hər il olduğu kimi, bu ildə AMİM dünyada ən yüksək ingilis dili Sertifikasiya proqramı olan CELTA proqramını təşkil edib. Bu il ilk dəfə olaraq proqramda maksimum mümkün olan 24 yerli ingilis dili müəllimi iştirak edib. Kurs 4 nəfər Cambridge mütəxəssisi tərəfindən aparılıb. Ümumilikdə bir ay davam edən proqram bu gün uğurla başa çatıb.

CELTA (Certificate of English Language Teaching to Adults) kursu haqqında:

CELTA dünyada ingilis dilinin tədrisi ilə bağlı ən çox tanınan sertifikasiya proqramıdır. CELTA sertifikasiya proqramı Britaniyanın Cambridge Assessment English təşkilatının ingilis dilini tədris edənlər üçün əsas məhsullarında biri olaraq yüksək keyfiyyətli və effektiv proqram hesab olunur. Hər il dünyada 10.000-dən çox mütəxəssis CELTA təlimini tamamlayaraq CELTA kvalifikasiyasına yiyələnir.

CELTA kvalifikasiyanı əldə etmək üçün 5 əsas səbəb:

✔ CELTA bütün dünyada ingilis dilinin tədrisi ilə bağlı ən çox tələb olunan kvalifikasiyadır. ✔ Keçirildiyi ölkədən asılı olmayaraq hər bir CELTA təliminə Cambridge Assessment English tərəfindən nəzarət olunur. ✔ CELTA təlimçiləri yüksək kvalifikasiyalı və təcrübəli peşəkarlar arasından seçilir və sertifikasiya olunur. ✔ Bütün CELTA təlimləri rəsmiləşdirilmiş kurrikulum standardlarına əsasən təşkil olunur. ✔ CELTA təliminə real dərs mühitində tədris praktikası daxildir.

CELTA Kursunun Strukturu

Təlimin kursu aşağıdakı istiqamətləri əhatə edir: • Müəllim və tələbə, tədris və öyrənmə konteksti • Dilin analizi və dil barəsində məlumatlılıq • Dil bilikləri: oxu, dinləmə, yazı və danışıq • Müxtəlif tədris kontekstləri üçün dərs planlama və mənbələr • Müəllimlik bacarıqlarını inkişaf etdirmək və peşəkarlığı artırmaq

CELTA nəyi öyrədir?

• Sizi müxtəlif kontekstlərdə ingilis dilini öyrənən tələbələrin motivasiyası, dil öyrənmə prosesində müəllimin və tələbənin rolu barəsində məlumatlandırır • Sizə ingilis dilini öyrənən tələbələrə effektiv dərs keçmək üçün metodikanı təqdim edir • Sizə ingilis dilini öyrənən tələbələrə dərs keçmək üçün ilkin bacarıqları aşılayır. • Sizi dərs keçmək və qiymətləndirmək məqsədilə istifadə edə biləcəyiniz mənbələr və materiallarla tanış edir. • Sizə öz peşəkar sahənizdə gələcək inkişafınız üçün imkanlar yaradır

CELTA sertifikatın karyera inkişafına təsiri:

Bütün dünyada təhsil sahəsində işə götürənlər arasında CELTA sertifikatı ən yüksək dəyərləndirilən kvalifikasiyalardan biridir. Statistikaya görə, ingilis dilinin tədrisi ilə bağlı verilən iş elanlarının 70 faizində CELTA tələb olunur. Xüsusi olaraq vurğulamaq olar ki, Birləşmiş Krallıqda işə götürənlərin ən azı 90 faizi onlarla çalışan müəllimlərdən CELTA-ya yiyələnməyi tələb edir.

Hazırda 2025-ci ildə keçiriləcək CELTA kurslarına erkən qeydiyyat davam edir. Növbəti Proqramlara qeydiyyata alınmaq üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiz: WhatsApp: +0099450 2901695

Xəbər Lenti