Şənbə, 17 Yanvar, 2026
Tarix: 27 Jul 2024 09:17
Sumqayıtda 30 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb.
APA xəbər verir ki, hadisə şəhərin 15-ci məhəlləsində qeydə alınıb.
Sumqayıt şəhər sakini 1995-ci il təvəllüdlü Məmmədov Seymur İlqar oğlu münaqişə zəminində, 1994-cü il təvəllüdlü Abdullayev Cavid Cənnət oğluna bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.