Şənbə, 17 Yanvar, 2026
Tarix: 27 Jul 2024 18:21
Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Bakı prospektində, 1988-ci il təvəllüdlü Asif Ziyad oğlu İsmayılov idarə etdiyi "FORD" markalı mikroavtobusla geriyə hərəkətdə olarkən 1958-ci il təvəllüdlü Asif Ağa oğlu İsrafilovu vurub.
Zərərçəkən Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılsada onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, A. İsrafilov rayon avtovağzalının müdiri vəzifəsində çalışırmış. Fakt araşdırılır.