- Çərşənbə axşamı, 24 Dekabr, 2024
Tarix: 28.07.2024 16:29
Cəlilabadda nəzarətsiz qalan uşaq hündürlükdən yıxılaraq ölüb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Uzuntəpə kəndində baş verib.
Nəzarətsiz qalan 3 yaşlı C.Vahabov 5 metr hündürlükdən yıxılaraq ölüb.
Məlumata görə, uşaq pilləkənlə qonşu evin ikinci mərtəbəsində yerləşən açıq balkona çıxıb və burada o, müvazinətini itirərək yerə yıxılıb.
Xəsarət alan uşaq təcili olaraq Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, həyatını itirən C. Vahabov evin tək övladı idi.
Faktla bağlı araşdırma aparılır.