Şənbə, 17 Yanvar, 2026
Tarix: 28 Jul 2024 17:42
Oğuzda minik avtomobili ağaca çırpılıb, sürücü ağır xəsarət alıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.
Oğuz rayon sakini 1990-cı il təvəllüdü Nicat Əlövsət oğlu Məmmədəliyev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan N. Məmmədəliyev Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. N. Məmmədəliyevə ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün Şəki RMX-a göndərilib.
Faktla bağlı araşdırma aparılır.
https://t.me/apa_az/86407


