Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 12 Dec 2023 05:32
Türkiyə Super Liqasının 15-ci turunda keçirilən matçdan sonra hakim Halil Umut Melərin döyülməsinə görə bütün oyunlar qeyri-müəyyən vaxtadək təxirə salınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi deyib.
Onun sözlərinə görə, hakim Halil Umut Melərə belə hücum edilməsi onu çox narahat edib:
“Bu xain hücum təkcə hakimə deyil, bütün türk futboluna qarşı edilən hərəkətdir. Bu hücumu qınayır və lənətləyirik. Ümid edirik ki, qanun qarşısında cavab verəcəklər. Ümid edirik ki, ədalət yerini tapacaq".
Mənbə: qafqazinfo.az