Şənbə, 17 Yanvar, 2026
Tarix: 29 Jul 2024 19:47
Sumqayıtda mənzildən 37 yaşlı kişinin meyiti tapılıb.
APA xəbər verir ki, hadisə şəhərin 16-cı mikrorayonunda yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.
1987-ci il təvəllüdlü Səbuhi Salam oğlu Şirinovun meyiti yaşadığı evdə aşkarlanıb.
Fakt araşdırılır.