Mərakeş səfiri: Ölkəmiz Azərbaycanın COP29-a uğurla ev sahibliyi edəcəyinə inanır

Tarix: 30.07.2024 20:05

"İqlim dəyişikliyi məsələsində hər zaman həssaslıq nümayiş etdirən Mərakeş 2001 və 2016-cı illərdə COP silsiləsindən olan sammitlərə uğurla ev sahibliyi edib".

APA xəbər verir ki, bunu Mərakeş kralının taxta çıxmasının 25-ci ildönümünə həsr edilən tədbirdə krallığın ölkəmizdəki səfiri Adil Embarş bildirib:

"Bu istiqamətdə Mərakeş 2030-cu ilə qədər enerji ehtiyacının 52%-ni bərpa olunan mənbələrdən qarşılamağı hədəfləyən iddialı enerji keçid planı hazırlayıb. Bu layihə dünyanın ən əhəmiyyətli davamlı inkişaf proqramlarından biri kimi tanınır. 2030-cu ilə qədər istixana qazı emissiyalarını 45,5% azaltmağı hədəfləyən Mərakeş yüksək nəticələr göstərən ölkələr arasında yer almaqdadır. Buna görə də ölkəmiz Bakının uğurla ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfrasının 29-cu sessiyasını (COP29) səbirsizliklə gözləyir. Azərbaycana bu işdə uğurlar arzulayırıq".

Xəbər Lenti