Səbail rayonunda emalatxanada yanğın baş verib - FOTO - YENİLƏNİB 2

Tarix: 30 Jul 2024 23:22

Yanğın nəticəsində ümumi sahəsi 600kv.m. olan bir dam altında tikilmiş müxtəlif təyinatlı obyektlərdən sahəsi 90kv.m. olan taxta emalatxanası yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya daxil olan məlumata görə bitişik obyektlər yanğından mühafizə olunub.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən APA-ya bildirilib ki, saat 22:05 radələrində Səbail rayonu, Bibiheybət yolu ərazisindən mebel emalatxanasının yanması səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan qeydə alınmayıb.

***

22:58

Fövqəladə Hallar Nazirliyindən APA-ya daxil olan məlumata görə Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində yerləşən emalatxanada baş vermiş yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

22:48

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində yerləşən emalatxanada yanğın baş verməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xəbər Lenti