Doktorantura yaradılan ali təhsil müəssisələrinin sayı artıb

Doktorantura yaradılan ali təhsil müəssisələrinin sayı artıb

Tarix: 01 Aug 2024 11:18

Nazirlər Kabineti “Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”na dəyişiklik edib.

APA-nın xəbərinə görə, siyahıya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bölməsi əlavə edilib.

Bu bölməyə daxil edilən ADA Universiteti fəlsəfə doktoru hazırlaya biləcək.

Mənbə: apa.az

Xəbər Lenti