- Çərşənbə axşamı, 24 Dekabr, 2024
Tarix: 01.08.2024 19:57
Azərbaycan Fransada keçirilən Yay Olimpiya Oyunlarında ikinci qızıl medalı qazanıb.
APA xəbər verir ki, Azərbaycan cüdoçusu Zelim Kotsoyev finalda Gürcüstan idmançısı İlya Sulamenizdeni məğlub edərək Olimpiya çempionu olub.
Bununla, Azərbaycan Olimpiya komandası hesabına ikinci qızıl medalı yazdırıb.
Bundan əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) qızıl medal qazanmışdı.
***
18.39
Fransanın paytaxtında davam edən Yay Olimpiya Oyunlarında cüdo üzrə təmsilçimiz Zelim Kotsoyev yarımfinal görüşünə çıxıb.
Apasport.az xəbər verir ki, idmançımızın bu mərhələdəki rəqibi özbəkistanlı Muzaffarbek Turoboyev olub.
Rəqibini 1 vaza-ari xalı ilə məğlub edən Kotsoyev Olimpiadanın finalına vəsiqə qazanıb.
***
15.12
Paris-2024 Olimpiya Oyunlarında cüdo üzrə təmsilçimiz Zelim Kotsoyev 1/4 final matçına çıxıb.
Apasport.az xəbər verir ki, dünya çempionu, reytinq lideri 100 kq çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev 1/4 final mərhələsində Peter Palçik (İsrail) ilə qarşılaşıb.
Rəqibinə qalib gələn Kotsoyev yarımfinala vəsiqə qazanıb.
***
15:11
Paris-2024 Olimpiya Oyunlarında cüdo üzrə növbəti təmsilçimiz tatami üzərinə çıxıb.
Apasport.az xəbər verir ki, dünya çempionu, 100 kq çəki dərəcəsində dünya reytinqinin lideri Zelim Kotsoyev 1/8 final mərhələsində Pyotr Kuçera (Polşa) ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən Kotsoyev 1/4 finala yüksəlib.