- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 02.08.2024 13:05
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Apasport.az xəbər verir ki, millimizin üzvü 100+ kq çəki dərəcəsində Finlandiya təmsilçisi Martti Puumalainenlə üz-üzə gəlib.
Təmsilmiz rəqibini ipponla məğlub edərək 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycan cüdo millisi Olimpiadaya 9 idmançı ilə yollanıb.
Hidayət Heydərov (73) və Zelim Kotsoyev (100) ölkəmizə qızıl medalı qazandırıb.
***
12.38
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Apasport.az xəbər verir ki, 100 kq+ çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində braziliyalı Rafael Silva ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Kokauri 1/8 finala vəsiqə qazanıb.