Paris-2024: Azərbaycan cüdoçusu 1/4 finalda məğlub olub, bürünc medal şansı davam edir - YENİLƏNİB-1

Tarix: 02.08.2024 14:06

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ¼ final görüşünə çıxıb.

Apasport.az xəbər verir ki, millimizin üzvü 100+ kq çəki dərəcəsində Koreya təmsilçisi Kim Min Yon ilə qarşılaşıb.

Rəqibinə uduzan Kokauri təsəlliverici qarşılaşmaya qatılacaq.

Qeyd edək ki, Azərbaycan cüdo millisi Olimpiadaya 9 idmançı ilə yollanıb. Hidayət Heydərov (73) və Zelim Kotsoyev (100) ölkəmizə qızıl medalı qazandırıb.

***

13.05

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Apasport.az xəbər verir ki, millimizin üzvü 100+ kq çəki dərəcəsində Finlandiya təmsilçisi Martti Puumalainenlə üz-üzə gəlib.

Təmsilmiz rəqibini ipponla məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan cüdo millisi Olimpiadaya 9 idmançı ilə yollanıb.

Hidayət Heydərov (73) və Zelim Kotsoyev (100) ölkəmizə qızıl medalı qazandırıb.

***

12.38

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Apasport.az xəbər verir ki, 100 kq+ çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində braziliyalı Rafael Silva ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Kokauri 1/8 finala vəsiqə qazanıb.

Xəbər Lenti