- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 02.08.2024 16:20
“İyul ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 336 kiloqram 31 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 6486 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb”.
Dövlət Sərhəd Xidmətindən APA-ya verilən məlumata görə, eləcə də qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 3 milyon 388 min 199 manat оlan qaçaqmal, о cümlədən gecəgörmə cihazı, ov tüfəngi, patron, dərman preparatları, spirtli içki və tütün məmulatları saxlanılıb.