- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 02.08.2024 16:07
Batut gimnastikası üzrə ilk olimpiyaçımız Selcan Mahsudova Paris Olimpiadasında çıxış edib.
Apasport.az xəbər verir ki, təsnifat mərhələsinin ilk cəhdində o, 42,950 xala layiq görülüb.
İkinci cəhdində 53,750 xal toplayan idmançımız yekunda 16 iştirakçı arasında 10-cu pilləni tutub.
İlk "8-liy"ə düşə bilməyən Selcan final mərhələsinə vəsiqə qazana bilməyib.