Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 13 Dec 2023 07:15
Hacıqabulda avtomobil hasara çırpılıb, sürücü kəllə-beyin travması alıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul şəhərində baş verib.
Şirvan sakini, 1965-ci il təvəllüdlü Məmmədov Elçin Adil oğlu VAZ-21015 markalı avtomobillə hərəkərdə olarkən idarəetməni itirib və maşın uşaq bağçasının hasarına çırpılıb. Nəticədə sürücü ağır kəllə-beyin travması ilə Şirvan xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: apa.az