Çərşənbə axşamı, 14 Oktyabr, 2025
Tarix: 03.08.2024 13:06
Oğuzda 36 yaşlı kişinin üzərinə ağac düşüb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Tayıflı kəndinin inzibati ərazisindəki meşə zolağında baş verib. Oğuz rayon sakini 1988-ci il təvəllüdlü Fuad Valeh oğlu Bayramovun üzərinə ağac düşüb. Hadisə nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan F. Bayramov komatoz vəziyyətdə Oğuz Rayon Mərkəzi Xəstəxansına (RMX) yerləşdirilib.
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.