Oğuzda üzərinə ağac düşən 36 yaşlı kişi xəstəxanada vəfat edib - YENİLƏNİB

Tarix: 03.08.2024 14:50

Oğuzda üzərinə ağac düşən 36 yaşlı kişi həyatını itirib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, üzərinə ağac aşan Oğuz rayon sakini, 1988-ci il təvəllüdlü Fuad Bayramov xəstəxanada vəfat edib.

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.

***

13.06

Oğuzda 36 yaşlı kişinin üzərinə ağac düşüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Tayıflı kəndinin inzibati ərazisindəki meşə zolağında baş verib. Oğuz rayon sakini 1988-ci il təvəllüdlü Fuad Valeh oğlu Bayramovun üzərinə ağac düşüb. Hadisə nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan F. Bayramov komatoz vəziyyətdə Oğuz Rayon Mərkəzi Xəstəxansına (RMX) yerləşdirilib.

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər Lenti