- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 04.08.2024 15:05
Paris Olimpiadasında Azərbaycanı çəkicatma idman növü üzrə təmsil edən Anna Skidan finala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, A qrupunda yarışan idmançımız ilk cəhdində 69.58 metr, 2-ci cəhdində 69,04 metr, 3-cü cəhdində isə 72.55 metr nəticə ilə yadda qalıb.
Atletimiz bu nəticələrə görə 32 idmançı arasında 6-cı pillədə qərarlaşıb və finala yüksəlib.
Qeyd edək ki, qadınların çəkicatma yarışında qalib avqustun 6-da müəyyənləşəcək.