Tovuzda ilanın sancdığı qadın xəstəxanada ölüb

Tarix: 04.08.2024 21:02

Tovuzda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Vahidli kəndində qeydə alınıb.

Dağlıq ərazidə moruq yığan qadını ilan sancıb. Qadın xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb.

İlan sancması zamanı ölən qadının kimliyi də məlum olub. Belə ki, onun rayonun Vahidli kənd sakini 1991-ci il təvəllüdlü Xanım Mehdiyeva olduğu bildirilir.

Qeyd edək ki, hadisə Vahidli kəndində gölün kənarında baş verib.

Xəbər Lenti