Daşkəsəndə 9 gün əvvəl gəlini tərəfindən baltalanan qadın xəstəxanada ölüb

Tarix: 04.08.2024 22:20

Daşkəsəndə gəlini tərəfindən baltalanan 66 yaşlı qadın xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə ağır xəsarət alan rayonun Xoşbulaq kənd sakini 1958 -ci il təvəllüdlü Tahirə Qurbanova bu gün Gəncədə müalicə aldığı xəstəxanada ölüb.

Qeyd edək ki, hadisə iyulun 27 də baş verib. Belə ki, 1958-ci il təvəllüdlü Tahirə Qurbanovaya gəlini S. Həsənova tərəfindən balta ilə ağır xəsarət yetirilib.

Xəbər Lenti