Bakı və Abşeronda 36 dərəcə isti olub - FAKTİKİ HAVA

Tarix: 05.08.2024 09:12

Avqustun 5-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Lakin axşam Quba-Qusar bölgəsinin dağlıq ərazilərində qısamüddətli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli olub.

Düşən yağıntının miqdarı Qusarda (Laza) 32 mm, Qrızda 5 mm, Qubada 4 mm-dək olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 37, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti olub.

Xəbər Lenti