- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 06.08.2024 14:18
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin iyul ayında 674 356 mindən çox sərnişin daşıyıb, bu da illik müqayisədə 29,5% çoxdur.
Bu barədə “APA-Economics” “Azərbaycan Dəmir Yolları”nın məlumatına istinadən xəbər verir.
Məlumata görə, Abşeron dairəvi dəmir yolu ilə hesabat dövründə 633 244 nəfər daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,2% çoxdur.
“ADY-nin şəhərətrafı və ölkədaxili marşrutları ilə bu ilin iyul ayında 674 mindən çox sərnişin rahat və təhlükəsiz mənzilbaşına çatdırılıb.
Qeyd edək ki, Abşeron dairəvi dəmir yolu ilə gündəlik 30 minə yaxın sərnişin daşıyırıq”, - ADY-nin “Facebook” sosial şəbəkəsində etdiyi paylaşımda qeyd olunur.