Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 13 Dec 2023 16:03
Gəncə şəhərində yanğın olub.
APA FHN-ə istinadən xəbər verir ki, idman kompleksinin ərazisində ümumi sahəsi 1000 m² olan üzgüçülük zalının sahəsi 4 m² olan sauna otağının taxta üzlüyü yanıb. Üzgüçülük zalının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: apa.az