Masallıda 22 yaşlı gənc çayda boğularaq ölüb - FOTO

Tarix: 06.08.2024 21:34

Masallıda çayda çimən gənc boğulub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə Yardımlı rayonundan Masallıda İsti-Suya dincəlməyə gələn 22 yaşlı Elgün Məmmədov çayda çimərkən boğularaq ölüb. Onun meyitini ətrafdakılar sudan çıxarıb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Masallı rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər Lenti